AMADA-nın icraçı direktoru: Bölgələrdə dopinqlə bağlı xüsusi maarifləndirici işlər aparılacaq
Bakı, 23 fevral, AZƏRTAC
"Bu il Azərbaycan Milli Antidopinq Agentliyi üçün məhsuldar keçəcək".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağızadə Qubada keçirilən “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransın açılış mərasimindən sonra deyib.
O, Azərbaycanda 2024-cü ilin idman paytaxtı olaraq Quba şəhərinin seçilməsinin gözəl təşəbbüs olduğunu bildirib: "Bu il həm də Olimpiya ilidir. Daha bir neçə beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edəcəyik. Bunların arasında Ümumdünya Antidopinq Agentliyinin (WADA) elmi konfransını qeyd edə bilərəm. AMADA bununla yanaşı, bölgələrdə dopinqlə bağlı xüsusi maarifləndirici işlər aparacaq. Biz narkotikə qarşı da mübarizədə öz dəstəyimizi nümayiş etdiririk".
Qeyd edək ki, Avropanın aparıcı milli antidopinq agentliklərinin rəhbər şəxslərinin və əməkdaşlarının iştirak etdiyi konfrans Azərbaycan Milli Antidopinq Agentliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]