Amazon meşələrini bundan sonra əsgərlər qoruyacaq
Bakı, 6 mart, AZƏRTAC
Peru hökuməti ərazisindəki Amazon meşələrinin bundan sonra əsgərlər tərəfindən qorunması barədə qərar qəbul edib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb meşə ərazilərində qanunsuz mədənçilik fəaliyyətinin göstərilməsidir. Belə ki, bir qədər əvvəl meşə sahələrini və çayları civə ilə zəhərləyən minlərlə qanunsuz qızıl mədənçisi buradan çıxarılmışdı.
Artıq Madre de Dios bölgəsində meşələrin qorunmasında dronlardan da istifadə edəcək dörd hərbi bazalardan birincisinin açılışı olub. Hər bir bazada 100 əsgər, 50 polis və 1 prokuratura nümayəndəsinin yerləşdiriləcəyi gözlənilir.
Qeyd edək ki, planetimizin “ağ ciyəri” adlandırılan Amazon meşələri ərazisinə görə dünyanın ən böyük tropik meşələridir və Yer kürəsinin bütün tropik meşələrinin yarıdan çoxunu təşkil edir. Lakin son zamanlar müxtəlif qanunsuz fəaliyyətlər nəticəsində bu meşələrin ərazisi sürətlə azalır. Peruda 2001-ci ildən sonrakı dövr ərzində təxminən 2 milyon hektar Amazon meşəsi yox edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]