AMEA-nın Şəki Regional Elmi Mərkəzi tərəfindən aztəminatlı ailələrə yardım göstərilib
Bakı,22 aprel, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə AMEA-nın Şəki Regional Elmi Mərkəzində də karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri davam etdirilir.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın Azad Həmkarlar İttifaqı və Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Komitəsinin təşəbbüsü ilə xüsusi karantin rejimi şəraitində evdən çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də maddi yardıma ehtiyacı olan əməkdaşlara və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib.
Mərkəzin Həmkarlar Komitəsinin sədri və üzvləri 20 ailəyə baş çəkərək onlara ərzaq paylayıblar.
Yardım təqdim edilən vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin rejiminin qaydalarına riayət etməyin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğu diqqətə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]