AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı layihəsinin hazırlanması məsələlərinin həllinə həsr olunmuş iclası keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, iclasda AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov elmin inkişafı üzrə Milli Strategiyanın və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı layihəsinin hazırlanması üçün lazım olan sənədlərin, materialların toplanma prosesinin davam etdiyini bildirmişdir. Sənədin hazırlanmasında alimlərimizin təklif və tövsiyələrinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyən A.Həşimov hazırda ölkədə elmi araşdırmaların ali təhsil müəssisələrində və 80-dən artıq elmi-tədqiqat institutunda 30 minə yaxın elmi işçi tərəfindən aparıldığını və bu elmi araşdırmaların 60 faizinin sahə institutlarının payına düşdüyünü bildirmişdir. Alim həmin tədqiqat institutlarının bir qisminin elmi araşdırmalar aparmadığını və daha çox tabeliyində olduğu qurumların tapşırıqlarını yerinə yetirdiyini qeyd etmişdir.
Sonra alimlər mövzu ilə bağlı fikir mübadiləsi aparmış, təkliflər vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]