“American Airlines" aviaşirkəti 13000 yaxın işçisini ixtisar edəcək
Vaşinqton, 5 fevral, AZƏRTAC
ABŞ-ın aviasiya sahəsində iş yerlərinin saxlanması üçün vəsait ayıran federal yardım proqramının müddəti gələn ay başa çatır. Bununla əlaqədar, ölkədə ən iri aviaşirkətlərdən biri olan “American Airlines" 13.000 əməkdaşını məcburi qaydada ödənişsiz məzuniyyətə göndərməyə hazırlaşır.
AZƏRTAC şirkətin rəsmi bəyanatına istinadla xəbər verir ki, belə əməkdaşların siyahısına, o cümlədən 1850 pilot, 4245 bort mühəndisi, 1420 texniki xidmət əməkdaşı, 3145 donanmaya xidmət əməkdaşı daxildir.
“American Airlines" şirkəti COVID-19 pandemiyası fonunda uçuşların sayının azalması səbəbindən keçən il 19.000 iş yerini bağlayıb və 8,9 milyard dollar zərərə düşüb. Şirkət rəhbərliyinin fikrincə, beynəlxalq reyslərlə gələn sərnişinlərin məcburi qaydada COVID-19 testindən keçməsi tələbi də bu sahəyə tələbatın azalmasına səbəb olur.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]