AMERİKALI HƏKİM 6 MİN KİLOMETR MƏSAFƏDƏ OLAN XƏSTƏDƏ CƏRRAHİ ƏMƏLİYYAT APARMIŞDIR
Pappone kiçik zondu xüsusi kompyuter pultu ilə idarə edərək, qulaqcıqların titrəməsindən əziyyət çəkən 34 yaşlı kişi üzərində cərrahi əməliyyatı uğurla aparmışdır. Kiçik zond xüsusi elastik kateterlər vasitəsilə xəstənin bədəninə yeridilmiş və radiotezlik siqnalları ilə idarə olunmuşdur. Xəstənin ürəyinə yeridildikdən sonra zond anomal elektrik siqnalları verən və qulaqcıqların normal işləməsinə mane olan toxumaların mikroskopik hissəciklərini radiotezlikli impulsların köməyilə məhv etmişdir.
Qulaqcıqların titrəməsi xəstəliyindən dünyada təxminən beş milyon insan əziyyət çəkir. Hər il 60 mindən çox italiyalı bu xəstəliyə tutulur. ABŞ-da bu patologiyanın müalicəsinə hər il büdcədən 7 milyard dollar ayrılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]