“Amphan” siklonu Hindistan və Banqladeşdə 14 nəfərin həyatına son qoyub
Bakı, 21 may, AZƏRTAC
“Amphan” siklonu Hindistanın şərqində və Banqladeşdə minlərlə evi dağıdıb və azı 14 nəfərin həyatına son qoyub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, siklonun ilk zərbəsi Hindistanın sıx məskunlaşmış Qərbi Benqaliya ştatına dəyib. “Qasırğa ştatın bütün cənub hissəsinə ciddi zərər vurub, evlər və körpülər dağılıb, elektrik təminatında problemlər yaranıb”, - deyə Qərbi Benqaliyanın Baş Naziri Mamata Banerci mətbuat konfransında bildirib.
Baş Nazirin sözlərinə görə, təkcə bu ştatda təbii fəlakət 10 nəfərin həyatına son qoyub. Həmçinin Qərbi Benqaliya və Orissa ştatlarında 450 min nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.
Siklon səbəbindən qonşu Banqladeş ərazisində də ən azı dörd nəfərin həlak olduğu bildirilir. Hakimiyyət orqanları 2 milyondan çox insanı təhlükəli zonalardan çıxarıb, hərbçilər yüksək hazırlıq səviyyəsinə gətirilib.
Eyni zamanda, koronavirus pandemiyasının qasırğaya hazırlığı çətinləşdirdiyi də bildirilir. Qərbi Benqaliya ştatının polis orqanları insanların COVID-19 infeksiyasına yoluxma qorxusundan sığınacaqlarda qalmaq istəmədiklərini deyib.
Qeyd edək ki, meteoroloqların məlumatına görə, “Amphan” Benqal körfəzində 1999-cu ildə 9 min insanın həyatına son qoyan qasırğadan sonra ən böyük siklondur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
- 10.10.2026 [06:23]
Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam
- 10.10.2026 [06:06]
“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [19:22]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [19:21]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [19:05]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:59]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [18:57]
MDU-da müxtəlif illərin məzunları bir araya gəlib
- 09.10.2026 [18:49]
MDB məkanı üçün yeni töhfələr - TƏHLİL
- 09.10.2026 [18:39]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [18:37]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 09.10.2026 [18:24]
Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb
- 09.10.2026 [18:13]