Anaklaudia Rosbax: Azərbaycanın WUF13 çərçivəsində zəngin təcrübə paylaşılacağına ümid edirik VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
Hazırda Yeni Şəhər Gündəliyinin növbəti onillik üçün yenidən nəzərdən keçirilməsi mərhələsindəyik.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbax bildirib.
Onun sözlərinə görə, qlobal mənzil böhranı və iqlim riskləri fonunda daha dayanıqlı və inklüziv şəhərlərin qurulması üçün institutların gücləndirilməsi, siyasətlərin yenilənməsi və praktiki layihələrin həyata keçirilməsi zəruridir.
“Azərbaycandan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində zəngin təcrübə paylaşılacağına və şəhərlərin daha insan və təbiət mərkəzli olması üçün əməkdaşlığın davam edəcəyinə ümid edirik. Şəhərlərin planetimizin gələcəyi üçün həlledici rolunu düzgün dərk etmək vacibdir. İnsanlar üçün əlverişli, inklüziv və dayanıqlı şəhərlər, eyni zamanda, ekoloji baxımdan da planetə fayda verir. Buna görə insan və təbiətyönümlü şəhərsalma yanaşmalarının təşviqi xüsusi əhəmiyyət kəsb edir”, - deyə UN-Habitat-ın icraçı direktoru bildirib.