ANAMA tərəfindən Türkiyəyə dəstək
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığı və çağırışına uyğun olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində zərərçəkmiş şəxslərə 12 min ABŞ dolları dəyərində maddi yardım göstərib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentliyin kollektivi adından ayrılan ianə zərərçəkmiş insanlara dəstək məqsədilə yaradılan müvafiq bank hesabına köçürülüb.
Agentlik zəlzələ nəticəsində həyatını itirən türkiyəli qardaşlarımıza Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:22]
Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır
- 12.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.10.2026 [19:03]
ETSN-in əməkdaşları qan veriblər
- 12.10.2026 [18:50]
Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb
- 12.10.2026 [18:33]
Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq
- 12.10.2026 [18:14]
DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk
- 12.10.2026 [17:50]