Anar Əliyev: Peşə hazırlığı proqramları dünya əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır
Bakı, 13 dekabr, AZƏRTAC
Hazırda ölkədə peşə hazırlığında vəziyyət fərqlidir. Əmək bazarı olduqca çevikdir, tez-tez dəyişir. Buna uyğun olaraq kadr hazırlığı sisteminin də çevikliyi təmin edilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin peşə hazırlığı proqramlarında adambaşı maliyyələşmə mexanizminə keçid edilərək 130-a yaxın özəl peşə təhsili müəssisəsi ilə əməkdaşlıq edilir. “Peşə hazırlığı proqramlarına ciddi şəkildə baxmaq lazımdır. Həmin proqramlar dünya əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Bu istiqamətdə nazirlik peşə və kvalifikasiya standartlarını hazırlayıb. Proses davamlı xarakter daşıyır. Bu gün peşəyə olan marağın artırılması istiqamətində ciddi iş aparmalıyıq. Peşə hazırlığı işəgötürənlə birlikdə həyata keçirilirsə, o kursu bitirən şəxslərin işlə təmin olunmaq şansı artır”, - deyə nazir müavini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]