Ankarada AKP vilayət təşkilat rəhbərlərinin toplantısı keçirilib
Ankara, 5 noyabr, AZƏRTAC
Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət təşkilat rəhbərlərinin toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan toplantıda çıxış edib.
Çıxışına İzmir bölgəsində baş verən dağıdıcı zəlzələnin nəticələri barədə məlumatları paylaşmaqla başlayan Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, dağılmış binaların yerində ən qısa zamanda yeniləri inşa olunacaq və evsiz qalan vətəndaşlar mənzillə təmin ediləcək.
Noyabrın 3-də hakimiyyətə gəlişinin 18-ci ili tamam olan AKP-nin qarşısında duran vəzifələrdən danışan dövlət başçısı vurğulayıb ki, xalqa xidmət imkanlarını genişləndirmək əsas hədəfdir. Rəcəb Tayyib Ərdoğan bildirib: “Ədalət və İnkişaf Partiyasının güclənməsi Türkiyənin güclənməsi deməkdir. Daha heç nə əvvəllər olduğu kimi davam etməyəcək. AKP hakimiyyəti bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi, ekoloji, infrastruktur və şəhərsalma sahələrində hədəflərinə çatmaq üçün çoxistiqamətli strategiya həyata keçirir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]