ANKARADA “MAVİ AXIN”A DAİR TÜRKİYƏ-RUSİYA DANIŞIQLARI APARILIR
AZƏRTAC-ın müxbirinin əldə etdiyi məlumata görə, Rusiya tərəfi Türkiyəyə göndərilən təbii qazın qiyməti məsələsində güzəştə getməyə hazırdır.
Xatırladaq ki, danışıqların əvvəlki mərhələsində “Qazprom” idarə heyəti sədrinin müavini Yuri Komarov bildirmişdi ki, Rusiya tərəfi Türkiyəyə qazı Avropa ölkələri üçün edilən güzəştlərlə satmağa hazırdır.
“Botaş” şirkəti Rusiyadan göndərilən qazın qiymətinin aşağı salınması, həcminin azaldılması ilə yanaşı, bu qazı Asiya və Şərqi Avropa ölkələrinə də ixrac etmək hüququna nail olmağa çalışır.
Ankara bu şərtləri irəli sürərək bəyan edir ki, qaz almaq mənbələrinə çoxsahəli xarakter vermək niyyətindədir. Türkiyə hökuməti öz energetika strategiyası çərçivəsində Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 2006-cı ildən başlayaraq Azərbaycan və Türkmənistandan da mavi yanacaq almağı planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]