ANKARADA SAMSUN-CEYHAN BORU XƏTTİ LAYİHƏSİ İLƏ BAĞLI SƏNƏDİN İMZALANMA MƏRASİMİ OLMUŞDUR
Mərasimdə çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər bu layihənin Bosfor boğazının ekologiyası və Ceyhan limanının enerji mərkəzi kimi əhəmiyyətindən danışmışdır.
“Çalık Holding”in idarə heyətinin sədri Əhməd Çalık layihənin artıq reallığa çevrildiyini qeyd etmişdir. İtaliyanın Ankaradakı səfiri Karlo Marsili onun ölkəsinin bu layihənin həyata keçirilməsinə böyük əhəmiyyət verdiyini bildirmişdir. O, habelə, Avropa İttifaqına üzvlük məsələsində İtaliyanın Türkiyəyə tam dəstək verdiyini qeyd edərək, bu il iki ölkə arasında ticarət dövriyyəsinin 21 faiz artdığını diqqətə çatdırmışdır.
Türkiyə Xarici İşlər Nazirliiyinin enerji məsələləri üzrə məsul işçisi Mithat Rende isə Bakı-Tbilisi-Ceyhandan sonra bu layihənin Türkiyə üçün strateji əhəmiyyətindən, gətirəcəyi gəlirdən və ekoloji cəhətdən sərfəli olmasından bəhs etmişdir. M.Rende demişdir ki, Türkiyənin Ceyhan limanı artıq dünya enerji bazarına çevrilməkdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Azərbaycanda ət və yumurta istehsalı artıb
- 16.10.2026 [13:41]
Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib
- 16.10.2026 [13:19]