Ankarada Türkiyə-Qırğızıstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunur VİDEO
Ankara, 1 iyul, AZƏRTAC
Türkiyə-Qırğızıstan Birgə Strateji Planlaşdırma Qrupunun yeddinci iclası iyulun 1-də Ankarada keçirilir.
AZƏRTAC xəbər verir ki, müzakirələrə xarici işlər nazirləri Hakan Fidan və Jeenbek Kulubayev sədrlik edir.
Bu gün səhər saatlarında Türkiyə paytaxtında Türkiyə və Qırğızıstan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.
Türkiyə Xarici İşlər Nazirliyi nazirlərin iştirakı ilə keçirilən danışıqlardan foto və videoları paylaşıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara