“ANNA KARENİNA” AMERİKADA ƏN MƏŞHUR ROMANDIR
Amerika TV-nin qaradərili ulduzu “Opra Uinfri şou” proqramı çərçivəsində “Kitab klubu” rubrikasını aparır. Verilişlərindən birində o, “Yay qiraəti siyahısı”na Fransada yaşayan Amerika vətəndaşları, ər-arvad Riçard Pevirin və Larisa Volxonskayanın yeni tərcüməsində “Anna Karenina”nı da daxil etməyi məsləhət bilmişdir. Bu “reklamdan” sonra kitab bir göz qırpımında Amerikada çox satılan kitablar içərisində ən öncül yerlərdən birini tutmuşdur.