Antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə 140 baner hazırlanıb
Bakı, 1 aprel, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.22-ci yarımbəndinə əsasən, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən əhali arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə 5 adda, ümumilikdə 140 ədəd maarifləndirici baner hazırlanıb.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, banerlərin bir sıra küçə və prospektlərdə, təhsil müəssisələrində, eləcə də əhalinin sıx olduğu digər məkanlarda yerləşdirilməsi nəzərdə tutulur.
Eyni zamanda, respublika üzrə narkomaniyanın daha geniş yayıldığı şəhər və rayonlarda da maarifləndirici banerlərin yerləşdirilməsi planlaşdırılır.