ANTON BUTEYKO: MDB ÖHDƏSİNƏ DÜŞƏN VƏZİFƏLƏRİ YERİNƏ YETİRMİR
Buteyko demişdir ki, MDB çərçivəsində keçmiş SSRİ-nin borc və aktivlərinin bölünməsi məsələsi həll olunmamış, azad ticarət zonası tam fəaliyyətə başlamamış, Dağlıq Qarabağda, Dnestryanı bölgədə, Abxaziya və Osetiyada münaqişələr həll edilməmişdir. Nazir müavini demişdir: “Onda təbii olaraq sual ortaya çıxır: təxminən milyon dollar üzvlük haqqını nəyə görə ödəyirik?”
Artıq xəbər verildiyi kimi, Ukrayna MDB-ni səmərəsiz qurum sayır və özünün burada iştirakının məqsədəuyğun olub-olmadığı məsələsini öyrənir. Prezident Viktor Yuşşenkonun fikrincə, MDB-ni tərk etmək itkilərə gətirib çıxarmayacaqdır.
Ukrayna xarici işlər nazirinin birinci müavini Vladimir Oqrızko isə mayın 4-də Moskvada bildirmişdi ki, rəsmi Kiyevin fikrincə, MDB cəlbediciliyini getdikcə daha çox itirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]