Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anton Ferştandt: Rolu yalnız oynamaq yox, həm də onu səhnədə yaşamaq gərəkdir

Bakı, 13 iyun, Tatyana İvanayeva, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Dövlət Xor Kapellasının solisti, Azərbaycanın Əməkdar artisti Anton Ferştandt gözəl bariton səsə malik olduğuna görə Bakı auditoriyası tərəfindən çox sevilir və dinləyicilər onun hər çıxışını səbirsizliklə gözləyirlər. Artistin dediyinə görə, bu mövsümdə o, “öz aktivinə” çoxdan bəri ifa etməyi arzuladığı partiyanı yazmağa müvəffəq olub və doğma teatrının səhnəsində məhz bu partiya ilə iyunun 14-də çıxış etməyə hazırlaşır...

- Xalq artisti Əvəz Abdullanın ifasındakı Skarpia obrazını indi siz ifa edəcəksiniz. İfanızın müqayisə olunacağından çəkinmirsiniz ki?

- Artistlər müəyyən mənada imitatordurlar. Bu və ya digər ifaçıdan hansısa müəyyən ifa tərzini mənimsəmək tamamilə normal haldır. Onun ifası mənim xoşuma gəlir. Əvəz Abdullanın özü də bir az italiyalılara bənzəyir, onlar daha emosional olurlar. Lakin fikrimcə, Skarpia obrazına daha çox yırtıcı səssizliyi xasdır. Xüsusilə, ikinci aktda – öz məkanında olanda bu, özünü daha çox büruzə verir. Burada onun bir barmağının hərəkəti və ya baxışı kifayət edir ki, ətrafındakılar onlardan tələb olunanı yerinə yetirsinlər. Onların ünsiyyət sistemləri bu baxımdan təkmildir. Skarpia partiyasına hazırlaşanda emosiyalarımı ələ ala bilməyəcəyimdən çəkinirdim. Birinci dəfə olduğu üçün özümü ələ almağa çalışdım. Skarpia partiyasının əvvəlki ifaçıları ilə bağlı müqayisə məni belə demək mümkün olarsa, tamamilə başqa bir Skarpia obrazını yaratmağa sövq edirdi. Hətta kənardan belə bir rəy də eşitmişdim ki, mənim ifamda o, göz önündə daha çox sovet məmuru kimi canlanır.

- Niyə də yox?..

- Tamamilə razıyam… Xarici görünüşüm italiyalılara qətiyyən bənzəmir. Boyum, saçımın və gözlərimin rəngi klassik vizualizasiyadan uzaqdır. Ancaq məncə, belə daha maraqlıdır! Bu müqayisə ilə bağlı hətta bir prototip də mövcuddur, həmin oxşarlığı hələ məşq etdiyimiz mərhələdə konsertmeysterimiz Rebekka Məhəmmədova kəşf edib və məncə, öz ehtimallarında heç də yanılmayıb. Bu obraz dəyişikliyi ilə göstərməyə çalışmışıq ki, qarşısına öz arzusuna çatmaq məqsədini qoyan və ona hər vəchlə çatan insanlar var, bunu nə cür etdiklərinin isə heç bir əhəmiyyəti yoxdur. Lakin onu da deyim ki, mənim Skarpiam yığılma və məcmu obrazdır, onu bu gün də tanımaq mümkündür. Çünki bu personajın xüsusiyyətlərinin səhnədə ifadə edilməsi üçün material kifayət qədərdir.

- Vokal məktəbindən savayı, heç Stanislavski təliminə üz tutursunuzmu?

- Mən aydın başa düşürəm ki, rolu yalnız oynamaq yox, həm də onu səhnə müddətində yaşamaq gərəkdir. Onu da deməliyəm ki, güzgü qarşısında məşq edirəm və tez-tez həyat yoldaşım mənə deyir ki, güzgü qarşısındakı üz mimikalarım və ifadələrim, hərəkətlərim kənardan çox gülməli görünür. Eyni zamanda, mənə vokal və aktyor kimi işləməyə imkan verən daha münasib ifadənin axtarışındayam. Bu yanaşma, fikrimcə, təsvir etdiyim xarakterdə özümü tapmağa daha çox kömək edir.

- Bəs bu halda hansı daha irəlidə gəlir, vokal ya aktyor oyunu?

- Dərhal etiraf edim ki, operada mənə himayədarlıq edən “xaç anam” Səbinə Əsədovadır. Məni ilk dəfə operaya dəvət edən də məhz odur. Bu əsər “Karmen” operası idi. Heç ağlıma da gəlməzdi ki, Eskamilyonun partiyası mənə veriləcək. Uşaqlıqda bir çoxları aktyor olmaq həvəsinə düşür, əlbəttə, mən də istisna deyiləm. Lakin o vaxtlar kinematoqrafiya daha cəlbedici idi. Lakin burada iş prosesi müəyyən spesifika ilə əlaqələndirilir, burada aktyor oyunu “şəkil kimi donur” və işin texniki tərəfi üstünlük təşkil edir. Opera sənətində isə hər şey “canlıdır”, hətta zahiri oxşarlıq olsa da, hərəkət və davranışlar hər dəfə yeni tərzdə baş verir. İndiki zamanda rejissorların və quruluşçu rejissorların iradəsi ilə material yenidən təfsir olunur. Bu, aprel ayında “Karmen”in müasir formada yenidən səhnəyə qoyulması ilə bir daha öz təsdiqini tapdı, burada toreador obrazı tamaşaçılarıma artıq tamamilə qeyri-adi şəkildə təqdim edildi. Opera mənim hər şeyimdir, bunu artıq anlamışam! Burada hər şeyi sintez etmək olur.

- Vokal bacarıqlarını gerçəkləşdirmək imkanını nəzərdə tutursunuz?

- Uşaq vaxtı oxumağa kilsə xorundan başlamışam, valideynlərim tez-tez deyirdilər ki, musiqi duyumum yoxdur. Doqquz-on yaşım olanda “V lesu rodilas yoloçka” (Meşədə şam ağacı doğuldu) mahnısının bir notunu belə düzgün oxuya bilmirdim. Bu gün isə Azərbaycanda ilk dəfə səslənən əsərləri rahatlıqla ifa edə bilirəm. Opera mənim həyatımı tamamilə dəyişdi, mən onun “aludəçisinə” çevrilmişəm. Axı mən özümü politologiya peşəsində sınamaq istəyirdim, çünki daxili aləmim bu sənətlə həmahəng idi. Lakin opera da, öz mahiyyəti etibarilə, həm siyasət, həm də tarix deməkdir. Xüsusi musiqi savadım olmasa da, təhsilimi davam etdirdim. Bu gün isə hər yeni səhnə əsəri ilə mən arzularımın necə gerçəkləşdiyinin fərqinə varıram. Skarpia da arzum idi... Bayaqkı söhbətə qayıdaraq deyim ki, aktyorluq daha vacibdir. Çünki müxtəlif tərzdə ifa etmək mümkündür. Böyük səhnə ustaları da səhnədə həyəcan keçiriblər. Bu, tamamilə normaldır. Artistlik isə çox mühüm amildir, bu məsələ birinci plandadır. Əgər səhnədə artistliyin yoxdursa, heç bir möhtəşəm səs imkanların səni xilas edə bilməyəcək.

- Bəs ənənəvi opera formatı?

- Hazırda hər şey fərqli şəkildə təfsir olunur. XXI əsr öz vizual tələbi ilə başqa bir tarixi dövrdür. Müasir dinləyicinin istənilən musiqi yazılarını tapa biləcəyi məhdudiyyətsiz rəqəmsal platforma imkanları var. Məncə, operaya gələndə insan təkcə yaxşı ifa dinləməməlidir. Səhnədəki sənətçi qəhrəmanını bacarıqlı və üzvi şəkildə təqdim etməyi bacarmalıdır. Salonda oturanların hamısı italyan, fransız, alman dillərini bilmirlər. Buna görə də aktyorluq istedadı olan opera müğənnisi dinləyicilər üçün ən azı duetlərdə nə olduğunu aydınlaşdırmalıdır. Emosional hərəkətlər, üz ifadələri və jestlər müasir opera tamaşasının zəruri tərkib hissəsidir.

- Baritonlar əsasən müsbət keyfiyyətlərdən uzaq qəhrəmanların partiyalarını ifa etməyə meyilli olurlar...

- İstisnalar olsa da, əksər hallarda baritonların, bir qayda olaraq, süjetdə mənfi obrazları ifadə etdiklərini inkar etmək çətindir. Bunun özünün mənim üçün xüsusi bir cazibəsi var. Səsimin növünə görə bariton və bas partiyalarını ifa edə bilirəm. Daxilən mahiyyətcə pis keyfiyyətlərdən uzaq ola-ola mənfi obrazı yaratmaq əlbəttə ki, çətindir. Lakin mən uşaqlıqdan bu günə qədər prosesdən zövq alaraq çətinliklərin öhdəsindən gəlməyi həmişə sevmişəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır

G7 liderləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir