Apreldə Bakıda beynəlxalq İKT forumu keçiriləcək
Bakı, 9 fevral, AZƏRTAC
Aprelin 17-də Bakıda beynəlxalq “BIT-2019” forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Bulud ətrafında. Data mərkəz ətrafında. IoT ətrafında. ProAV” adlı forum biznes proseslərində İKT xidmətlərindən istifadəyə həsr olunub.
Rusiyanın “CIS Events Group” şirkəti tərəfindən keçiriləcək forum çərçivəsində məlumat mərkəzləri (Data), müasir kommunikasiya xidmətləri, cloud (bulud) hesablamaları, əşyaların interneti (IoT) və biznes proseslərində IT xidmətlərindən istifadə (həllər, xidmətlər, məhsullar, texnologiyalar və təcrübə) məsələləri müzakirə ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]