Aprelin 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
tutqun hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.
Temperaturun gecə 6-10° isti, gündüz 11-16° isti, Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 2-7°, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 5-10° isti, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
havanın arabir yağıntılı olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 2-7° isti, gündüz 9-14° isti, yüksək dağlıq ərazilərdə gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 6-11° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 6-10° isti, gündüz 12-17° isti,
dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 23-dən 25-dək Abşeron yarımadasında tutqun və rütubətli havanın üstünlüyünə baxmayaraq digər meteoroloji amillərin iqlim normasına yaxın olması meteohəssas insanlar üçün əsasən əlverişlidir.