Aprelin 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur.
Temperaturun gecə 6-10° isti, gündüz 15-20° isti, Bakıda gecə 8-10° isti, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 civə sütununa enəcəkdir. Nisbi rütubət gecə 85-95, gündüz 70-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 3-8° isti, gündüz 17-22°, bəzi yerlərdə 25°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10°, bəzi yerlərdə 15°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 4-9° isti, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° isti, gündüz 13-18° isti, bəzi yerlərdə 22°-dək isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 5-10° isti, gündüz 20-25° , bəzi yerlərdə 27°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava şəraiti gün ərzində əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır. Lakin 24-dən 25-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.
Temperaturun gecə 7-10° isti, gündüz 15-20° isti, bəzi yerlərdə 24°-dək isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.