Aprelin 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 6-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 25-27° isti, Bakıda gecə 8-10° isti, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 70-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 2-7° isti, gündüz 17-22°, bəzi yerlərdə 25-28° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° isti, gündüz 7-12°, bəzi yerlərdə 15-18° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-9° isti, gündüz 15-20°, bəzi yerlərdə 25°-dək isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,
Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6° isti, gündüz 14-19°, bəzi yerlərdə 24°-dək isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,
Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 6-11° isti, gündüz 20-25°, bəzi yerlərdə 28°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır. Şimal-şərq küləyi 5-10 m/s, arabir güclənəcək.
Temperaturun gecə 6-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 25°-dək isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 26-dan 28-dək Abşeron yarımadasında temperatur rejimi meteohəssas insanlar üçün əlverişli olsa da, atmosfer təzyiqinin xeyli tərəddüdü və arabir güclənən cənub küləyinin üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.