AQROBİZNES MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Seminarda Azərbaycanın kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlara ixracı, xaricə nəqlinin səmərəli metodlarının axtarılması, kommersiya banklarının və vasitəçilərin ticarətdə rolu ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Çıxış edənlər bildirmişlər ki, Azərbaycan məhsullarının ixracının artırılması üçün yerli istehsalçılar məhsulun qablaşdırılmasına diqqət yetirməli və beynəlxalq ticarət, sertifikatlaşdırma, kreditləşdirmə və nəqletmə qaydalarını öyrənməlidirlər.
Sonda aqrobiznes sahəsində fəaliyyət göstərən Azərbaycan sahibkarlarının iştirakı ilə “dəyirmi masa” keçirilmişdir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən “Kənd təsərrüfatı müəssisələrinin rəqabət qabiliyyətliliyi” proqramı istehsalın stimullaşdırılması və kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi yolu ilə Azərbaycan müəssisələrinin gəlirini artırmaq məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]