ARDNŞ-İN EKOLOJİ ÖLÇMƏ MƏRKƏZİ AKKREDİTASİYA ATTESTATI ALMIŞDIR
Bakı, 2 avqust (AZƏRTAC). ARDNŞ-in idarə və müəssisələrinin balansında olan nəqliyyat vasitələrindən atmosferə atılan işlənmiş qazların nəzarətdə saxlanmasını təmin etmək məqsədilə Ekologiya İdarəsində 3 ekoloji ölçmə məntəqəsi fəaliyyət göstərir. Balaxanı, Bibiheybət və Hövsanda yerləşən ölçmə məntəqələri lazımi avadanlıq və qurğularla təchiz olunmuşdur.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görülən işin uğurlu nəticəsi olaraq idarənin Ekoloji ölçmə və tullantıların idarəolunması departamentinin ekoloji ölçmə mərkəzi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən respublikamızda fəaliyyət göstərən oxşar laboratoriyalar arasında ilk dəfə olaraq mərkəzə AZ 031/11.1/02.0186.01.10 nömrəli akkreditasiya attestatı verilmişdir.
Akkreditasiya attestatının əldə olunması ARDNŞ-in Ekologiya İdarəsinə bütün nəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazların ölçülməsi üçün geniş imkanlar yaradır. Artıq idarə istənilən müəssisə və təşkilatın müraciəti əsasında mövcud ekoloji durumun yaxşılaşdırılması istiqamətində beynəlxalq standart və normalara cavab verən ekoloji işlərin, xidmətlərin, elmi tədqiqatların, yeni texnika və texnologiya sınaqlarının həyata keçirilməsi sahələrində əməkdaşlıq etməyə tam hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]
Avqustun 10-da hava necə olacaq? - PROQNOZ
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]