ARDNŞ-NİN EKOLOGİYA İDARƏSİ İMƏCİLİK KEÇİRMİŞDİR
Bakı, 6 sentyabr (AZƏRTAC). 20 sentyabr - neftçilərin peşə bayramı ərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bütün müəssisə və təşkilatlarının istehsalat sahələrində təmizlik, abadlıq və yaşıllaşdırma işləri aparılır.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ekologiya İdarəsində peşə bayramı ilə əlaqədar hazırlanıb təsdiq edilmiş tədbirlər planında bu işlərə xüsusi yer ayrılmışdır. Tədbirlər çərçivəsində Ekologiya İdarəsinin inzibati binasının ətrafında iməcilik keçirilmişdir. İməcilikdə əməkdaşların iştirakı ilə həmin sahə alaq otlarından təmizlənmiş, burada həmişəyaşıl sərv, Şərq çinarı, Eldar şamı, feyxoa və Lənkəran akasiyası əkilmiş, qurumuş ağaclar yeniləri ilə əvəz olunmuş, yaşıllıq ərazilərinə aqrotexniki qulluq göstərilmiş, ərazidə təmizlik və abadlaşdırma işləri həyata keçirilmişdir.
Həmçinin idarənin Balaxanıda yerləşən ekoloji monitorinq departamenti, ekoloji ölçmə məntəqəsi, kompleks tədqiqatlar laboratoriyasının ətrafında və Qaradağ rayonundakı tullantı mərkəzinin yerləşdiyi ərazilərdə də təmizlik və abadlıq işləri aparılmışdır.
Oxşar tədbirlərin növbəti həftələrdə də keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]