ARKA-nın Baş direktoru: Bakıda yaradıcı icmaların inkişafı üçün yeni məkanlar formalaşır
Bakı, 19 may, AZƏRTAC
Bakıda yaradıcı fəaliyyət daha geniş coğrafiyaya və müxtəlif icmaəsaslı məkanlara doğru inkişaf etməkdədir. Yaradıcı icmaların həm yaşamaq, həm də istehsal etmək üçün məkanlara ehtiyacı var.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) Baş direktoru Rəşad Əzizov WUF13 çərçivəsində keçirilən "UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi və dayanıqlı şəhər inkişafı” adlı panel sessiyada deyib.
O bildirib ki, studiyalar, media laboratoriyaları, emalatxanalar, istehsal məkanları, yaradıcı guşələr və ictimai məkanlar mədəni iqtisadiyyatın iş məkanları kimi şəhərsalma və şəhər inkişafı proseslərinin ayrılmaz hissəsi olmalıdır.
“UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi Azərbaycan üçün yalnız beynəlxalq tanınma deyil, həm də icra, monitorinq, müqayisəli qiymətləndirmə, təcrübə mübadiləsi və yaradıcı icmaların dayanıqlı inkişafını dəstəkləyən işlək mexanizm olmalıdır”, - deyə R.Əzizov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [20:08]
Nigeriyalı mütəxəssis: WUF13 mənim üçün peşəkar təcrübə oldu
- 21.05.2026 [20:05]
UN-Habitatın eksperti: Bakıda son dərəcə zəngin təəssüratlar əldə etmişəm
- 21.05.2026 [19:57]
Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb
- 21.05.2026 [19:47]
Kəlbəcərdə qış turizm kompleksinin yaradılması planlaşdırılır
- 21.05.2026 [19:39]