Arsen Venger mövsüm sonunda “Arsenal”lı tərk edəcək
Bakı, 20 aprel, AZƏRTAC
İngiltərənin “Arsenal” futbol klubunun baş məşqçisi Arsen Venger cari mövsümün sonunda vəzifəsini tərk edəcək.
AZƏRTAC xəbər verir ki, bu haqda klubun saytında məlumat verilib.
Arsen Vengerin klubun saytında yerləşdirilən açıqlamasında qeyd olunub: “Mən bu barədə bir müddət düşündüm və klubdakı vəziyyətə baxdıqdan sonra getmək qərarına gəldim. Hesab edirəm ki, indi “Arsenal”dan ayrılmağın ən yaxşı vaxtdır. Belə bir kluba yaddaqalan illər ərzində xidmət etmək şərəfinə nail olduğum üçün çox məmnunam. Mən bütün qəlbimlə bu kluba xidmət etdim. Klubun bütün heyətinə, o cümlədən futbolçulara, rəhbərliyə və komandaya daim dəstək olan azarkeşlərə minnətdarlığımı bildirmək istəyirəm.
1996-cı ildən “Arsenal”ı çalışdıran fransalı mütəxəssisin rəhbərliyi ilə klub üç dəfə İngiltərə çempionluğu, yeddi dəfə ölkə kuboku və bir dəfə isə liqa kubokunu qazanıb.
Hazırda “Arsenal” Premyer Liqada altıncı sırada qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]