Artilleriyaçılarla komandir toplanışı keçirilir
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına əsasən, Əlahiddə Ümumqoşun Ordunun, birlik və birləşmələrin artilleriya rəisləri, həmçinin artilleriya hərbi hissələrinin komandirləri və onların müavinləri ilə komandir toplanışı keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər zamanı raket və artilleriya bölmələri ilə döyüş şəraitinə uyğun təlim və məşğələlər keçirilir, döyüş hazırlığının yekunları və hərbi intizamın vəziyyəti təhlil edilir, eləcə də növbəti tədris mövsümü ilə əlaqədar tapşırıqlar verilir.