Arturo Vidal “Flamenqo” futbol klubu ilə müqavilə imzalayıb
Bakı, 14 iyul, AZƏRTAC
Arturo Vidal karyerasını Braziliyada davam etdirəcək. Çilili yarımmüdafiəçi İtaliyanın “İnter” klubundan Braziliyanın "Flamenqo" klubuna transfer olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. “Bavariya”, “Yuventus”, “Barselona” və “İnter” klublarının sabiq futbolçusu Arturo Vidalın "Flamenqo" ilə müqaviləsinin təfərrüatları açıqlanmır.
Bir müddət öncə İtaliyanın “İnter” klubu 2020-ci ildən komandada çıxış edən çilili yarımmüdafiəçi ilə müqaviləyə son verdiyini açıqlamışdı.
Qeyd edək ki, Arturo Vidal beş dəfə İtaliya “A Seriyasının” qalibi olub. O, Çili millisinin tərkibində 132 oyun keçirib, 32 qol vurub və 9 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]