Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arye Qut: Avrasiyada heç bir ölkənin İsraillə münasibətləri Azərbaycan qədər yaxın deyil

Arye Qut: Avrasiyada heç bir ölkənin İsraillə münasibətləri Azərbaycan qədər yaxın deyil

Bakı, 20 dekabr, AZƏRTAC

Bir neçə gün bundan əvvəl İsrailin Baş naziri Naftali Bennet Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi ilə görüşmək üçün özünün ilk rəsmi səfərini BƏƏ-yə edib. Lakin bu çətin məqamda bəzi ekspertlər fikirləşirlər ki, Baş nazir Bennet Azərbaycana səfər etsəydi, bu, daha yaxşı olardı. Çünki möhkəm təməllərə malik olan Azərbaycan-İsrail münasibətlərinin təşviqi “Avraam Sazişi”nin inkişafı üçün həlledici məna kəsb edir.

Bu barədə israilli jurnalist Raxel Avraam beynəlxalq münasibətlər sahəsində siyasi ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qutun nüfuzlu Kanada-İsrail media platforması olan “Thej.ca”ya müsahibə-məqaləsində yazır. Bildirilir ki, son 30 il ərzində İsrail və Azərbaycan möhkəm, etibarlı və strateji münasibətlər qurmağı bacarıb.

AZƏRTAC xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik qeyd edib: “Azərbaycan ilə münasibətlər 44 günlük Qarabağ müharibəsi zamanı sınaqdan keçirilib”. Səfir xatırladıb ki, 30 il bundan əvvəl İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Onun sözlərinə görə, bu ölkələr arasında münasibətlər daha qədim tarixə malikdir və bütün müsəlman ölkələri arasında ən çoxsaylı yəhudi icması Azərbaycan ərazisindədir.

İsrailin sabiq müdafiə nazirinin müavini Efraim Sne əlavə edib ki, 1993-cü ilin dekabrında Prezident Heydər Əliyevlə ilk görüşünü, sonrakı illərdə Azərbaycana çoxsaylı rəsmi və qeyri-rəsmi səfərlərini xatırlayarkən o, iki ölkə arasında mövcud olan dostluq və möhkəm tərəfdaşlıqdan böyük məmnunluq duyur.

Beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut qeyd edir ki, Ermənistan bir neçə gün bundan əvvəl BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın “hərbçilərin dərhal qaytarılması”, “Hərbi Qənimətlər Parkı”nın bağlanması” və “Azərbaycan tərəfindən hərbi cinayətlərin təhqiqatı” barədə iddialarını rədd etməsi faktına qəzəblənib. Beynəlxalq Ədalət Məhkəməsi, həmçinin Ermənistandan azərbaycanlılara münasibətdə irqi ayrı-seçkiliyin qızışdırılmasının qarşısının alınmasını tələb edib.

Arye Qut qeyd edir ki, İkinci Qarabağ müharibəsində Ermənistan tam geosiyasi və hərbi fiaskoya uğrayıb. “Şöhrət qazanmış erməni ordusu”nun imici 44 gün ərzində darmadağın edildi, bu işğalçı ordu tamamilə parçalandı.

“Mən işğaldan azad edilmiş ərazilərdə olmuşam. İlk andan məndə belə bir hiss var idi ki, işğalçı erməni ordusu azad edilmiş bu ərazilərdə yandırılmış torpaq taktikasını həyata keçirib. Praktiki olaraq, işğaldan azad edilən bütün ərazilərdə nə bir ev, nə bir uşaq bağçası və ya məktəb, nə də bir kitabxana və muzey yox idi. Bütün bu 27 il ərzində işğalçı erməni ordusu talançılıq və vandalizmlə məşğul olaraq Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan kimi gözəl şəhərləri yer üzündən silib.

Əzəli torpaqlarından qovulan bir milyon azərbaycanlı qaçqının və məcburi köçkünün, erməni faşizminin və vandalizminin bütün dəhşətlərini yaşayan, sadə və talesiz insanların mövcudluğu erməni vandallarının bəşəriyyətə qarşı törətdikləri cinayətlərin canlı sübutudur.

Bu gün vaxtilə küçələrin və evlərin, məktəblərin və muzeylərin olduğu yerdə mən indi yalnız işğalçı erməni ordusunun yandırdığı qapı dirəklərini və sütunlarını, sökülmüş pəncərə çərçivələrini gördüm. Bütün xarabalıqlarda ağaclar bitib. “Əgər ermənilər bu torpaqları özününkü adlandırırlarsa, o halda niyə bu ərazilər kabus-şəhər kimi görünür, niyə onlar bu şəhərləri nəhəng sayda mina ilə və tank üçün tunellərlə qoyub gediblər, görəsən ermənilərdə Vətən belə kabus görünürmü?”, - deyə Arye Qut belə bir ritorik sualla müraciət edir.

Arye Qut bu faktlarla yanaşı, rəsmi Bakı ilə Təl-Əviv arasında strateji münasibətlərin uğurlu inkişafını qeyd edərək deyib: “Avrasiyada heç bir ölkə İsraillə Azərbaycan qədər möhkəm, səmimi, strateji və dostluq münasibətlərinə malik deyil. Azərbaycan İsraillə sıx, hərtərəfli və yaxın qardaşlıq münasibətlərini dəstəkləyir”.

Onun fikrincə, Ermənistan o faktla razılaşa bilmir ki, Azərbaycan regional mərkəz, İsrailin Cənubi Qafqazda mühüm strateji tərəfdaşıdır və bu tərəfdaşlıqdan keçmiş sovet blokunun heç bir digər ölkəsinin malik olmadığı hərtərəfli üstünlük əldə edir.

Lakin Arye Qut vurğulayıb ki, İsrail tərəfindən Azərbaycana bu cür münasibətin səbəbi var. O deyib: “Bir çox xalqlardan fərqli olaraq, azərbaycanlılar yəhudiləri heç vaxt əcnəbi hesab etməyib və onlara cəmiyyətin ayrılmaz hissəsi kimi yanaşırlar. Milli azlıqlara hörmət və dözümlülük Böyük İpək Yolu dövründən indiyədək ölkənin inkişafında həyati əhəmiyyətli rol oynayıb”.

Ekspertin sözlərinə görə, İkinci Qarabağ müharibəsi dövründə və müharibəyə qədər olan dövrdə, həmçinin müharibədən sonra İsrailin Azərbaycana verdiyi yardım və dəstək bir daha göstərdi ki, Azərbaycanla İsrail arasında sıx hərbi-texniki və strateji tərəfdaşlıq mövcuddur. Bu tərəfdaşlıq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də vurğulanıb. O bəyan edib ki, Azərbaycan yəhudiləri ölkənin ictimai-siyasi həyatında mühüm, dəyərli rol oynayır və Azərbaycan həqiqətlərinin dünyana çatdırılmasına böyük töhfələrini verirlər.

Qeyd etmək yerinə düşər ki, bu ilin noyabrında - Azərbaycanın Ticarət və Turizm nümayəndəliyi İsraildə rəsmi şəkildə fəaliyyətə başladığı vaxtda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov açılış mərasimində deyib: “Biz strateji münasibətlərimizdə yeni mərhələyə çıxmışıq. Bizim əməkdaşlığımız möhkəm köklərə malikdir, münasibətlərimiz çoxsaylı əlaqələr sayəsində möhkəmlənib və genişlənib. Biz fəxr edirik ki, münasibətlərimiz böyük multikulturalizm və dözümlülük ənənələrinə əsaslanıb, yəhudilər və müsəlmanlar bir-birinə böyük hörmət və diqqətlə yanaşırlar. Bu, xalqlarımızın birgə uğurudur”.

İsrailli ekspert Arye Qutun fikrincə, Azərbaycan tolerantlığının və multikulturalizminin ən parlaq nümunəsi ölkənin yəhudi icmasına səmimi və qardaşlıq münasibətidir. O deyib: “Bu gün məşhur Qırmızı Qəsəbədə təqribən dörd min yəhudi yaşayır, üç məktəb və üç sinaqoq fəaliyyət göstərir. Bununla fəxr etmək olar. Burada ivrit dilinin öyrənilməsi, artefaktlar və iudaizmin maddi mədəniyyət nümunələri, Azərbaycan xalçalarının zəngin naxışları, müxtəlif mədəniyyətlərin və xalqların qaynayıb-qarışması, bütün bunlar mədəni və konfessiyalararası tolerantlığa verilən möhkəm və etibarlı töhfədir ki, Azərbaycan bu gün real şəkildə buna nail olub.

Tezliklə burada dünyada birinci Dağ Yəhudiləri Muzeyi rəsmi şəkildə açılacaq. Yaradılmasının təşəbbüskarları rusiyalı xeyriyyəçilər, vaxtilə Qırmızı Qəsəbədə yaşayan German Zaxaryayev, Qod Nisanov və Zarax İliyev olan nadir sərgi məkanı Azərbaycanın Quba rayonundakı Qırmızı Qəsəbənin Karçoq sinaqoqunun binasında yerləşəcək. Beləliklə, qədim Qırmızı Qəsəbə - Azərbaycanın əsl fəxridir. Burada yəhudilər və azərbaycanlılar əsrlərboyu sevgi və harmoniyada yaşayır, özlərini həqiqətən doğma qardaş hesab edirlər.

Ölkənin yəhudi icmasına səmimi və qardaşlıq münasibətləri Azərbaycan dözümlülüyünün və multikulturalizminin parlaq nümunəsidir. Arye Qut müsahibəsinin sonunda deyib: “Azərbaycan 25 min yəhudinin yaşadığı, İslam dünyasında ən böyük yəhudi icmasına malik ölkədir. Biz unutmuruq ki, İkinci Dünya müharibəsi dövründə Azərbaycan faşizmdən xilas olan 50 min Avropa yəhudisi üçün əsl sığınacağa, daha sonra isə Vətənə çevrilib”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb