AŞPA-nın prezidenti Moskvada keçirilən aksiyada saxlanılanlara görə narahatlığını bildirib
Bakı, 28 iyul, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının prezidenti Lilian Mori Paske Moskvanın mərkəzində keçirilmiş razılaşdırılmamış mitinqin iştirakçılarının saxlanılmasına görə narahatlığını bildirib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, AŞPA-nın prezidenti söz və toplaşmaq azadlığının demokratiyanın vacib şərtlərindən biri olduğunu bildirib.
Xatırladaq ki, aksiyada mindən çox şəxs saxlanılıb.
Rəsmi qurumlar aksiya iştirakçılarına əvvəlcədən qanun pozuntusunun yolverilməzliyi ilə bağlı xəbərdarlıq etmişdilər. Moskvanın meri Sergey Sobyanin hüquq-mühafizə orqanlarının məlumatlarına əsasən bildirmişdi ki, insanların həyat və sağlamlığına təhlükə yaradan ciddi təxribatlar hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]