Aşqarlar Kimyası İnstitutunda “Motor yağları və onlara aşqarlar” monoqrafiyası çap olunub
Bakı, 16 may, AZƏRTAC
AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Motor yağlarına çoxfunksiyalı aşqarlar laboratoriyasının müdiri dosent Elmira Nağıyevanın “Motor yağları və onlara aşqarlar” monoqrafiyası çap olunub.
Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutundan məlumat verilib. Bildirilib ki, kitabda aşqarlar kimyası elminin yaranması, inkişafı və tətbiq olunan istiqamətləri haqqında müəyyən dünya ədəbiyyatı məlumatları əksini tapıb. Monoqrafiyada aşqarlar haqqında məlumatlara da geniş yer verilib. Eyni zamanda, Aşqarlar kimyasının sərbəst elm kimi formalaşması və onun inkişafı ilə motor istehsalının qarşılıqlı əlaqəsi göstərilib. Kitabda yağlar üçün oksidləşmə, korroziya, yeyilməyə qarşı, yuyucu-dispersedici, depressor, özlülük, çoxfunksiyalı aşqarlar və sürtkü kompozisiyalardan da bəhs edilir. Monoqrafiyada əsas tip aşqarların təcrübi və praktik inkişafı əvvəldən son illərə qədər əksini tapıb.
Dünyaşöhrətli alim akademik Əli Quliyevin anadan olmasının 110 illiyinə həsr olunan kitabdan üzvi kimya sahəsində çalışan elmi işçilər, ali məktəb müəllimləri, doktorantlar, magistrantlar və digər kimyaçı mütəxəssislər faydalana bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [18:00]
BDU əməkdaşları beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər
- 21.05.2026 [17:41]
WUF13: Azərbaycanın qlobal şəhərsalma gələcəyində artan rolu
- 21.05.2026 [16:49]
BDU-da “Diplomatın nitqi” layihəsinin iştirakçılarına sertifikatlar verilib
- 21.05.2026 [16:28]
WUF13 ADNSU üçün beynəlxalq platforma rolunu oynayıb
- 21.05.2026 [16:05]