Astanada beynəlxalq türk incəsənəti festivalı keçirilir
Astana, 24 noyabr, AZƏRTAC
Astanada “Əlem əyeni” adlı ilk beynəlxalq türk incəsənəti festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, festival Türk dünyasının mədəni irsini geniş şəkildə təbliğ etmək, yaradıcı əməkdaşlığı genişləndirmək və ənənəvi incəsənətin müasir formalarını nümayiş etdirmək məqsədilə təşkil olunur. Tədbirdə türk dövlətlərinin tədqiqat institutlarının və mədəniyyət təşkilatlarının nümayəndələri, musiqişünaslar, incəsənət tarixçiləri, etnoqraflar, ənənəvi xalq çalğı alətləri ustaları, magistr və doktorantlar, yaradıcı qruplar, eləcə də dövlət, ictimai və mədəniyyət xadimləri iştirak edirlər.
Festivalda Azərbaycanı Bəstəkarlar İttifaqının üzvü İmina Əliyeva təmsil edir.
Bu festival türk xalqlarının zəngin musiqi ənənələrini vahid məkanda təqdim edir və peşəkar mübadilə üçün fürsət yaradır. Tədbirin proqramına bir sıra elmi, yaradıcı və praktik tədbirlər daxildir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]