Astarada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir
Astara, 1 aprel (AZƏRTAC). Astara Rayon İcra Hakimiyyətində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iki yüz ilə yaxın bir dövrdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını tariximizin faciəli səhifəsi kimi qiymətləndirmişdir. Natiq soyqırımı nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyini, terror və təcavüzlərə məruz qaldığını, doğma torpaqlarından deportasiya olunduğunu, bu təcavüzkar siyasətin indi də məqsədyönlü şəkildə davam etdirildiyini bildirmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini qeyd edən T.Qaraşov ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyətini vurğulamışdır.
Çıxış edən natiqlər erməni millətçilərinin azərbaycanlılara qarşı mərhələlərlə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətini pisləyərək dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymətin verilməsini tələb etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]