Astarada avtoxuliqanlıq edən şəxs həbs edilib
Astara, 24 avqust, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara rayonunun Siyakü kənd sakini S.Şahbazov sürücülük hüququ olmadan idarə etdiyi "Vaz 2107" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edib və bu zaman çəkilən video onun tanışları tərəfindən sosial şəbəkəyə yerləşdirilib.
İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan S.Şahbazov barəsində Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə S.Şahbazov 15 gün müddətində inzibati qaydada həbs olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [15:41]
Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb
- 07.08.2026 [14:31]
Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO
- 07.08.2026 [14:29]
Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB
- 07.08.2026 [14:24]
Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [11:44]