ASTARADA ƏMƏK YARMARKASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara rayon mərkəzi kitabxanasının böyük zalında əmək yarmarkası keçirilmişdir.
Respublika Baş Məşğulluq İdarəsinin rayon icra hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirdə işaxtaran vətəndaşlara rayonun 26 idarə, müəssisə və təşkilatı 183 boş iş yeri təklif etmişdir.
Əmək yarmarkasında 35 nəfərə iş yerinə göndəriş vərəqəsi verilmişdir.