REGİONLAR
Astarada heyvandarlıq məhsullarının istehsalı artıb
Astara, 4 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən biri heyvandarlıqdır. Ölkəmizdə aqrar sahədə çalışanlara göstərilən dövlət dəstəyi rayonda heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradıb.
Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu ilin birinci yarısında rayonda 1989 ton ət, 13646,4 ton süd, 4518 min ədəd yumurta, 18 ton yun istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda ət istehsalı 44,5 ton (2,3 faiz), yumurta istehsalı 3000 ədəd (0,1 faiz), yun istehsalı 1 ton (5,9 faiz) artıb.
Qeyd edək ki, Astara rayonunda 40929 baş iribuynuzlu, 22389 baş xirdabuynuzlu mal-qara var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]