“Atabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Sumqayıt şəhəri, Şəmsi Bədəlbəyli küçəsində icarədə olan 0,034 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 501,76 kvadratmetr olan qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 1 milyon 500 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəhəri, Səbail ray., Badamdar qəsəbəsi, Badamdar şosesi 27.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:33]
AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin
- 12.06.2026 [14:12]
“Bitcoin”in qiyməti 63 min dolları ötüb
- 12.06.2026 [13:09]
® “Azerconnect Group” İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq edəcək
- 12.06.2026 [12:58]