ATƏT-İN FAKTARAŞDIRICI MİSSİYASI BAKIYA GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın süni surətdə əhali məskunlaşdırması faktlarını araşdıracaq ATƏT-in missiyası Bakıya gəlmişdir. Yanvarın 28-də ATƏT-in Minsk qrupunun həmsədrləri və missiyanın rəhbəri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdür.
Görüşdən sonra ATƏT-in rusiyalı həmsədri Yuri Merzlyakov açıqlama verərək bildirmişdir ki, Azərbaycan tərəfi məskunlaşma ilə əlaqədar onlara ətraflı məlumatlar təqdim etmişdir. Rusiyalı həmsədr xarici işlər naziri Elmar Məmmədyarovla görüşü çox faydalı olduğunu söyləmişdir.
Yuri Merzlyakov missiyanın tərəflərlə əvvəlcədən razılaşdırıldığı kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında işğal olunmuş 7 rayonunun hamısında araşdırma aparılacağını bildirmişdir.
Almaniya, İtaliya, İsveç və Finlandiya ekspertlərindən ibarət missiya, ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşikin müşayiəti ilə yanvarın 29-da İrəvana, oradan da işğal altında olan Xankəndinə gedəcəklər.
Missiya bir həftə ərzində araşdırma aparacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]