ATİ ilə Türkiyənin Qars Qafqaz Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır
Bakı, 30 yanvar (AZƏRTAC). Türkiyənin Qars Qafqaz Universitetinin rektoru, professor Sami Özcan, Qafqaz Universitetləri Birliyinin sədri, Ardahan Universitetinin rektoru, professor Ramazan Korkmaz, həmçinin Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç və Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, institutun rektoru, professor Cəfər Cəfərov qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat vermişdir. Türkiyənin bir sıra ali məktəbləri ilə sıx münasibətlər qurulduğunu vurğulayan C.Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının Qars Qafqaz və Ardahan universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırmışdır.
Professor Ramazan Korkmaz Qafqaz Universitetləri Birliyi haqqında məlumat verərək birliyin Avropadakı Erasmus Mundus Proqramı kimi bölgədəki ölkə universitetlərinin tələbə və müəllim mübadiləsini dəstəklədiyini, prosesi maliyyələşdirdiyini, qarşılıqlı əməkdaşlığı müvafiq ölkənin gələcəyinə yönəltmək missiyasını strateji hədəf kimi qiymətləndirdiyini bildirmişdir.
Görüşün sonunda ATİ ilə Türkiyənin Qars Qafqaz Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [23:08]
27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH
- 27.09.2026 [22:17]
Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib
- 27.09.2026 [22:04]
ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib
- 27.09.2026 [21:58]
AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib
- 27.09.2026 [21:51]
BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib
- 27.09.2026 [21:47]
Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub
- 27.09.2026 [21:40]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:35]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [21:32]
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib
- 27.09.2026 [21:27]
Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH
- 27.09.2026 [20:17]