Atilla Arkan: “Heydər Əliyev” təqaüd proqramının əsas məqsədi ölkələrimizin gələcəyinə töhfə verməkdir
İstanbul, 12 dekabr, AZƏRTAC
İbn Haldun Universiteti bakalavr və magistr olmaqla iki istiqamətdə təhsil verir. Türkiyədə təsis edilən “Heydər Əliyev” təqaüd proqramı ilə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin hər birindən bir tələbə universitetimizdə bu istiqamətlərdən birində təhsil almaq imkanı qazanacaq. Gələcəkdə bu tələbələrin sayının artacağına inanıram. Burada əsas məqsəd Türk ölkələrinin gələcəyinə, əməkdaşlıqlarımızın artırılmasına töhfə verməkdir. Bunun da təməlinin təhsil olduğuna inanırıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin İbn Haldun Universitetinin rektoru professor Atilla Arkan söyləyib.
İbn Haldun Universitetinin Azərbaycanın ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini bildirən rektor deyib: “Buna misal olaraq, ötən yay Bakı Dövlət Universiteti (BDU) ilə Beynəlxalq Arbitraj Yay Məktəbi keçirdik. Hətta bu məktəbdə diploma layiq görülən tələbələrin sənədlərini iki gün əvvəl imzaladım. Bu fəaliyyətimizin davamı olaraq TDT ilə əməkdaşlıq çərçivəsində başda Azərbaycan olmaqla təşkilat nəzdindəki ölkələrlə birlikdə yay məktəbi layihəmiz var. Layihədə fərqli ölkələrdən müəllim və tələbələrin iştirakı ilə dörd ölkənin mədəniyyəti, tarixi, gələcək perspektivlərinin tanıdılması nəzərdə tutulur. Qarşıdan gələn yay aylarında bu layihənin həyata keçirilməsini planlaşdırırıq”.
Professor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycan da daxil olmaqla 20 universitetlə mübadilə proqramları, ortaq dərslərin verilməsi, ortaq layihələrin icrası kimi sahələr üzrə əməkdaşlıq müqavilələrinin olduğunu qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]