“Atlet-24” kran gəmisi əsaslı təmir olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Atlet-24” kran gəmisinin əsaslı təmir işləri başa çatıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, təmir çərçivəsində 40 tonluq yükqaldırma qabiliyyətinə malik kran, baş mühərriklər, nasoslar, boru sistemləri təmir edilib, köməkçi mühərriklər sazlanıb. Gəminin generatorları, elektrik avadanlıqları və idarəetmə sistemləri təmir olunub.
Həmçinin işçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqları, istirahət otağı və kayutlarda zəruri işlər yerinə yetirilib.
Gəmi tərsanəyə qaldırılıb, gövdənin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib. Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub.
Qırx tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işlərindən sonra gəminin hərəkət vəziyyətində mexanizm və elektrik avadanlıqları yoxlanılıb. Bu məqsədlə üzən vasitə dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi yenidən dənizçilərin ixtiyarına verilib.
“Atlet-24” kran gəmisinin təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda həm zavodun, həm də Xəzər Dəniz Neft Donanmasının Gəmi təmiri emalatxanasının əməkdaşlarının iştirakı ilə yerinə yetirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]
ADY Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin alternativ marşrutunu təqdim edir
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]