“Avrasiya bölgəsində qanunun aliliyi” mövzusunda vebinar keçiriləcək
Bakı, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 14-25-də Çin Hüquq Cəmiyyəti, Çin Hüquq Mübadilə Mərkəzi və Şanxay Siyasi-Hüquq İnstitutunun birgə təşəbbüsü ilə “Avrasiya bölgəsində qanunun aliliyi” mövzusunda vebinar keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, vebinar “Bir kəmər, bir yol” marşrutu boyunca olan ölkələr arasında qarşılıqlı anlaşma və dostluğu möhkəmləndirmək, eyni zamanda, Çin və Avrasiya ölkələrinin hüquq və ədliyyə sahələri arasında əməkdaşlığı stimullaşdırmaq məqsədilə təşkil olunacaq.
Tədbirdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunu nümayəndə qismində elmi müəssisənin dissertantı Eldar Qocayev təmsil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:57]
Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib
- 02.10.2026 [15:49]
ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub
- 02.10.2026 [15:36]
BMU “ADEX 2026”da 11 elmi-tədqiqat nəticəsi və innovativ həll təqdim edib
- 02.10.2026 [15:28]
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
- 02.10.2026 [14:48]
AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
- 02.10.2026 [14:25]