AVRASİYA FONDU BƏLƏDİYYƏLƏRLƏ BAĞLI LAYİHƏ TƏKLİFLƏRİ ÜÇÜN MÜSABİQƏ ELAN ETMİŞDİR
Proqram bələdiyyə büdcələrinin formalaşmasına, ictimaiyyətin bələdiyyə büdcələrinin planlaşdırılması və icrası ilə bağlı məlumatlara çıxış imkanlarının artırılmasına xüsusi diqqət yetirir. Bundan əlavə, proqram bələdiyyə orqanları və onların icmaları arasında qarşılıqlı əlaqəni gücləndirməklə ictimaiyyətin yerli idarəetmə məsələlərində iştirakının artırılması üçün mexanizmlərin müəyyənləşdirilməsinə səy göstərir.