“Avro-2024”: Azərbaycan millisinin postsovet ölkələrinin reytinqindəki mövqeyi açıqlanıb
Bakı, 23 noyabr, AZƏRTAC
“Avro-2024”ün seçmə mərhələsində toplanan xalların sayına görə postsovet məkanı ölkələrinin milli komandalarının reytinq cədvəli açıqlanıb.
AZƏRTAC xəbər verir ki, siyahıya Qazaxıstan millisi başçılıq edir. Məhəmməd Adıyevin başçılıq etdiyi kollektiv yarışı 18 xalla başa vurub. Yığma buna 10 qarşılaşmada nail olub.
İkinci pillədə 14 xalla Ukrayna seçməsi (8 oyun) yer alıb. İlk “üçlüy”ü 12 xalla Belarus komandası (10 oyun) tamamlayıb.
Azərbaycan millisi isə reytinq cədvəlinin yeddinci pilləsində qərarlaşıb. Yığma seçmə mərhələdə mübarizə apardığı F qrupunda keçirdiyi 8 matçda 7 xal toplayıb. Azərbaycanla eyni qrupda çıxış edən Estoniya kollektivi isə 1 xalla sonuncu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]