Avroliqa: "Barselona" "Monako"ya qalib gəlib
Bakı, 17 oktyabr, AZƏRTAC
Basketbol üzrə Avroliqada III turun oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son matçında İspaniya nəhəngi "Barselona" doğma meydanda "Monako" (Fransa) ilə qarşılaşıb. Görüş ev sahiblərinin 86:71 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra "Barselona" 2-ci, "Monako" isə 5-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə Serbiyanın "Srvena Zvezda" komandası başçılıq edir.
Turun daha əvvəl reallaşan oyunlarında "Fənərbağça" (Türkiyə) "Srvena Zvezda"nı (Serbiya) 57:76, "Anadolu Efes" (Türkiyə) "Makkabi Tel-Əviv"i (İsrail) 91:93, "Real Madrid" "Baskonia"nı 76:72 (hər ikisi İspaniya),"Partizan" (Serbiya) "Bavariya"nı (Almaniya) 86:78, "Alba Berlin" (Almaniya) "Lion-Villeurbanne"nı (Fransa) 84:79, "Olimpiakos" (Yunanıstan) "Olimpia Milano"nu (İtaliya) 89:68, "Paris" (Fransa) "Panatinaikos"u (Yunanıstan) 84:80, "Zalgiris Kaunas" (Litva) "Virtus Bolonya"nı (İtaliya) 71:68 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]