Avropa birinciliyi: Daha iki boksçumuz dörddəbir finala vəsiqə qazanıb
Bakı, 17 aprel, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi davam edir.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 üzvü çıxışını qələbə ilə başa vurub.
Yığmanın üzvü Amin Məmmədzadə (51 kq) 1/8 final mərhələsi çərçivəsində irlandiyalı Patrik Makkenna ilə üz-üzə gəlib. Görüş həmyerlimiz üçün uğurlu alınıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edərək mərhələ adlayıb.
Boksçumuz 1/4 final döyüşünü aprelin 19-da keçirəcək.
Digər boksçumuz - 80 kiloqram çəkidə mübarizə aparan Sərxan Budaqov Vladislav Dudarla (Ukrayna) qarşılaşıb. Gərgin keçən döyüşdə Azərbaycan təmsilçisi rəqibini məğlub edib. 1/4 finala vəsiqə qazanan həmyerlimiz yarımfinal görüşü üçün aprelin 19-da rinqə çıxacaq.
Qeyd edək ki, komandamızın heyətində Daniel Xolostenko (71 kq) 1/8 finalda Levent Qemeslə (Macarıstan), Kənan Babayev (48 kq) 1/4 finalda Oruc Əhmədovla (Gürcüstan), Fətəli İsmayılov (86 kq) isə Oğuzxan Türklə (Türkiyə) üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]