Avropa çempionatı: Azərbaycanın daha iki boksçusu yarımfinala yüksəlib
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycanın daha iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən Tural Sarıyev və 51 kiloqramda yer alan Nicat Hüseynov adını növbəti mərhələyə yazdırıb.
1/4 finalda T.Sarıyev gürcüstanlı Laşa Kereselidzeyə, N.Hüseynov isə ispaniyalı Rafael Serranoya qalib gəlib.
Yarımfinala adlayan hər iki idmançı ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, daha əvvəl qadın boksçumuz Marjona Savriyeva (50 kiloqram) yarımfinala vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]