AVROPA ÇEMPİONATI ƏN YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, bədii gimnastika üzrə 23-cü Avropa çempionatı bu il Azərbaycanda ən əlamətdar idman hadisələrindən biri olacaqdır. Bunu gənclər və idman naziri Azad Rəhimov Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvləri ilə görüşdə bildirmişdir. O demişdir ki, yarışlara hazırlıq başa çatır və bu böyük idman tədbiri ən yüksək səviyyədə keçiriləcəkdir.
Nazir vurğulamışdır ki, Azərbaycanda bədii gimnastikanın inkişafına böyük əhəmiyyət verilir. Ona görə də qarşıdan gələn Avropa çempionatı idmanın bu gözəl növünün ölkəmizdə daha geniş yayılmasında misilsiz rol oynayacaqdır.
Təşkilat Komitəsinin işini yüksək qiymətləndirən qurumun prezidenti Hayde Bruneder ümidvar olduğunu bildirmişdir ki, Avro-2007 oxşar turnirlər tarixində ən yaxşılarından biri kimi yadda qalacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]