Avropa İttifaqı Türkiyə ilə daha sıx əlaqələr qurmaq istəyir
Bakı, 4 fevral, AZƏRTAC
Avropa İttifaqı Türkiyə ilə əməkdaşlığı dərinləşdirməyi və qısa müddətdə fikir ayrılıqlarını aradan qaldırmağı hədəflədiyini açıqlayıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə qeyri-rəsmi toplantıda bir araya gəliblər.
Gündəlikdə duran məsələlərdən birinin Türkiyə ilə münasibətlərin olduğu görüşün sonunda Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel və Belçikanın xarici işlər naziri Hadija Labib mətbuata birgə açıqlamalar veriblər.
“Bütün üzv dövlətlər Türkiyə ilə daha yaxın əlaqələr qurmaq mövzusunda həmfikirdirlər, - deyə Cozef Borel bildirib.
Avropa İttifaqının ali nümayəndəsi deyib ki, münaqişələrin qarşısını almaq və əməkdaşlığı artırmaq üçün Kipr məsələsini nəzərə alaraq Türkiyə ilə əlaqə saxlamalıyıq: “Türkiyə ilə daha geniş əlaqələr qurmalı, maraqlarımızın üst-üstə düşdüyü sahələrdə çalışmalı, bizi bir-birimizdən uzaqlaşdıran məsələlərdən qaçmalıyıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]